Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb
Ceyhun Bayramov

Cari ilin 4 dekabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviçi diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etdi.

Bizimyol.info xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirdi və gələcək fəaliyyətində ona uğurlar arzu etdi. İki ölkə xalqlarını bağlayan tarixi və dostluq əlaqələrinə toxunan nazir, Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluq ifadə etdi.

Nazir Ceyhun Bayramov Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması ilə bağlı davam etmiş 44 günlük Vətən Müharibəsi haqqında qarşı tərəfə ətraflı məlumat verdi.

Səfir Gennadi Axramoviç iki ölkə arasında bütün sahələr üzrə əlaqələrin inkişafından məmnunluq bildirərək, hətta COVİD-19 pandemiyası dövründə belə iqtisadi əlaqələrdə artımın müşahidə edildiyini vurğuladı. Səfir Azərbaycanı ən xoş arzularla tərk etdiyini bildirdi və ölkəmiz ilə bağlı xoş təəssüratlarının daima xatirində olacağını qeyd etdi.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
››› Həkim pandemiyanın bitəcəyi tarixi açıqladı
››› Ermənistan ordusunu silahla təmin edən iş adamı barəsində cinayət işi başlanıb
Son xəbərlər
Bütün xəbərlər »