Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Düşündüm ya ikimiz də sağ qalacağıq, ya da ikimiz də şəhid olacağıq"
"Düşündüm ya ikimiz də sağ qalacağıq, ya da ikimiz də şəhid olacağıq"

“Xəstəxanada dayana bilmirdim. 10 gün sonra müalicəmi tam almamış döyüşə yollandım”.

Bizimyol.info xəbər verir ki, bu sözləri Vətən müharibəsinin iştirakçısı və qazisi Gizir Cəfərov Qadir Habil oğlu söyləyib.

O, 1997-ci ildə Ağcəbədi rayonunda anadan olub. 2005-ci ildə həqiqi hərbi xidmətdə yola düşüb və aprel döyüşlərində əsgər kimi iştirak edib.

“Aprel döyüşlərindən sonra gizirliyi oxudum və Beyləqanda xidmət etməyə başladım. İkinci Qarabağ müharibəsində Cəbrayıl, Füzuli, Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişəm”.

Qazimizin sözlərinə görə, döyüş zamanı birinci dəfə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə yaralanıb. Yaralı halda komandirini ölümdən xilas edib.

“Komandirim kürəyindən yaralanmışdı. Onu döyüş meydanından çıxartmağa çalışırdım. Komandiri maşına mindirdim və 3-4 km getdikdən sonra gördüm ki, ayaqlarım ağır yaralanıb, qan gedir. Özümü itirmədim. Yola davam etdim. Komandirim deyirdi ki, maşını saxla özünə tibbi yardım göstər, sonra məni apararsan. Onunla razılaşmadım. Çünki yarası ağır idi və çox qan gedirdi. Düşündüm ya ikimizdə sağ qalacağıq, ya da ikimizdə şəhid olacağıq. Şükürlər olsun ki, komandirimi təcili yardıma çatdırmağı bacardım. Həkimlər məni də əməliyyat etdilər. Lakin xəstəxanada dayana bilmirdim. 10 gün sonra müalicəmi tam almamış döyüşə yollandım. Şuşada yenidən yaralandım və sağ gözümün görmə qabiliyyətinin 75 faizini itirdim. Başımda isə xırda sümüklər qırıldı. Hamısı vətənə fəda olsun”,-deyə qazi bildirir.

Döyüşlərdə həlak olmuş bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi sevgiylə anırıq.

Unutmadıq, unutmayacağıq,unutdurmayacağıq.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »