Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Fransa bir-birinin ardınca qərəzli qətnamələr qəbul etməklə, başqalarını da buna təhrik edir”-Deputat
“Fransa bir-birinin ardınca qərəzli qətnamələr qəbul etməklə, başqalarını da buna təhrik edir”-Deputat

“Fransa Senatının ardınca Milli Assambleyanın da qəbul etdiyi qətnamə qərəzli olmaqla yanaşı beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir. Necə ola bilər ki, münaqişə subyekti, Ermənistan sülh razılaşmasını imzalayır, nizamlanma prosesində iştirak edir, Qarabağın statusunun tanınması ilə bağlı addım atmır. Ancaq onun əvəzinə regionla heç bir coğrafi, qonşuluq münasibəti olmayan Fransa bir-birinin ardınca qərəzli qətnamələr qəbul etməklə, başqalarını da buna təhrik edir”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, Fransa riyakarcasına Senatın qəbul etdiyi qətnamənin hökumət tərəfindən dəstəklənmədiyi barədə bəyanat verir: “Düşünürəm ki, bunun bir neçə səbəbi vardır: Dağlıq Qarabağ kimi mürəkkəb etnik, geosiyasi problemin Fransanın iştirakı olmadan Rusiya və Türkiyə vasitəsilə həll olunması, Fransanın və qlobal güclərin anti-türk, antiislam mübarizə sahəsində Türkiyəyə qarşı əsas vasitələrdən biri olan “erməni kartının” əllərindən çıxması, Fransanın İraqda, Suriyada, Liviyada, Malidə, Şərqi Aralıq dənizində, Qafqazda və NATO çərçivəsində qardaş Türkiyə ilə apardığı geosiyasi rəqabətdə biabırcasına uduzması, Vətən müharibəsi başlanan gündən prezident Makronun Rusiya dövlət başçısı Putinə, Azərbaycan Prezidenti İlham Əliyevə atəşin dayandırılması barədə çoxsaylı müraciətlərinə rəğmən heç bir nəticə əldə edə bilməməsidir.

Təbii ki, Azərbaycan Ordusu tərəfindən darmadağın olmuş, xəstə “məğlubedilməz ordu” mifi ilə barışmayan, Fransa ictimai-siyasi həyatında əhəmiyyətli təsirə malik erməni diasporasının rolunu da qeyd etmək lazımdır.

Düşünürəm ki, bu müharibədə ölkəmiz ən böyük zərbəni məhz, son 100 il ərzində fasiləsiz, bütün dünya ölkələrini yalanlarla, illyüzalarla inandırmağa hesablanmış xəstə təfəkkürün, “qədim, məzlum, mədəni millət” obrazının dağılmasıdır. Dünya erməniliyinə vurulmuş ən böyük zərbə budur və erməni diasporası, lobbi təşkilatları bununla barışa bilmirlər. Regionda dayanıqlı sabitliyin olması, onların planları ilə qətiyyən uzlaşmır”.

Deputat bildirib ki, hazırki vəziyyət erməni xalqı üçün tarixi şansdır: “Əgər özlərində güc taparaq, saxta tarixi illyüzalardan, qonşularına yönəlik düşmənçilik ideyalarından, ərazi iddialarından imtina imtina edərək normal münasibətlər qursalar, inkişaf edə bilərlər. Əks halda, Ermənistanın bir dövlət olaraq bu coğrafiyada mövcudluğu şübhələr doğurur”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »