Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın qızı Baş Prokurorluqda dindirilib
Trampın qızı Baş Prokurorluqda dindirilib

ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp 2017-ci ildə atasının “Trump Hotel”də keçirilmiş andiçmə mərasimi (inauqurasiya) zamanı yüksək qiymətlərlə əlaqədar dindirilib.

“Report” xəbər verir ki, bu barədə prezidentin qızı tvitter hesabında yazıb.

O, beş saat ərzində Kolumbiya dairəsinin Baş Prokurorluğunda ifadə verdiyini bildirib. İ.Tramp hesab edir ki, onun dindirilməsi siyasi motivli qisasalma nümayişi olub.

Qeyd edək ki, daha əvvəl İ.Tramp atasının prezidentlik müddəti bitdikdən sonra öz siyasi karyerasına başlaya biləcəyini söyləmişdi.

Son xəbərlər
Bütün xəbərlər »