Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz

Bir neçə ay öncə Azərbaycana qarşı 7 şərt irəli sürən Paşinyanın aqibətindən nəticə çıxarmayan Ermənistan XİN-in yeni rəhbəri Ara Ayvazyan bəzi iddialarla çıxış edib.

Axar.az xəbər verir ki, Ayvazyan 10 noyabr Bəyanatının Qarabağ konfliktinin “son və uzunmüddətli” həllini əhatə etmədiyini bildirib.

A.Ayvazyan ATƏT XİN başçıları şurasının iclasındakı çıxışında Qarabağ konfliktinin həlli və regional sülh üçün “4 şərt” səsləndirib:

1. Qarabağ konfliktinin həlli yalnız xalqların öz müqəddəratını müəyyənləşdirməsi prinsipi və “artsax xalqının” təhlükəsizliyi ilə mümkündür;

2. Ərazinin işğaldan azad edilməsi, erməni qaçqınların təhlükəsiz halda geri qayıtması təmin edilməlidir.

3. Azərbaycanın nəzarətində olan erməni mədəni-dini abidələrinin qorunması vacib şərtdir.

4. Danışıqlar yalnız Minsk Qrupu formatında aparılmalıdır. Çünki yalnız bu format münaqişənin tənzimlənməsi ilə bağlı beynəlxalq mandata sahibdir.

Erməni nazir əsirlərin “hamının hamıya” prinsipinin (Bu prinsipi Azərbaycan tərəfi təklif edib – red.) danışıqsız icraya keçməsini və meyitlərin dəyişdirilməsinə şamil edilməsini də təklif edib.

Qeyd edək ki, Azərbaycanla şərtlə danışmağın nə demək olduğunu Ermənistan hökuməti anlamalı idi. Döyüşdə darmadağın ediləndən sonra beynəlxalq tribunadan istifadə edərək, Azərbaycanla danışıqlar üçün yenə də şərtlər irəli sürmək Ermənistan hakimiyyətinin qeyri-peşəkar siyasi xəttindən xəbər verir.

Azərbaycan Paşinyanın 7 şərtini döyüşdə cırıb, zibil qutusuna atdı.

Ayvazyanın 4 şərti isə masaya çatmamış “cırılmağa” məhkumdur. Çünki bundan öncəki açıqlamasında Ayvazyan Azərbaycanı “Bəyanatın mətnini tam anlamamaqda” günahlandırmağa çalışmışdı. İndi isə özü Bəyanatdan kənara çıxaraq şərtlər səsləndirməyə çalışır.

Bəyanatdan kənara çıxmağın və onun müxtəlif istiqamətlərə yozmağın mümkün olmayacağını Ayvazyana başa salmaq o qədər də çox zaman almayacaq.

Son xəbərlər
Bütün xəbərlər »