Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - Video
Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - Video

44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilən xüsusi anım günü ilə əlaqədar olaraq Azərbaycanda bir dəqiqəlik sükut olub.

Bizimyol.info xəbər verir ki, canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi saat 12:00-da ölkənin bütün ərazisində bir dəqiqəlik sükutla yad edilib.Sükut zamanı ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Bakı Dəniz Limanında yan alan gəmilər və paytaxt yollarında olan avtomobillər siqnallar verib.Qeyd edək ki, Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »