Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan və Ruhani Qarabağı müzakirə edib
Ərdoğan və Ruhani Qarabağı müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran prezident Həsən Ruhani arasında telefon danışığı olub.

Bu barədə Türkiyənin Prezident Administrasiyası bildirib.

Danışıqlar zamanı prezidentlər Dağlıq Qarabağ məsələsini müzakirə edib. R.T.Ərdoğan bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yeni mərhələyə qədəm qoyub və əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təhdid yarada biləcək bütün addımlardan qaçmaq lazımdır.

Türkiyə prezidenti vurğulayıb ki, Dağlıq Qarabağda sülh və sabitlik yeni imkanlar açacaq, region ölkələrinə, o cümlədən Ermənistana fayda verəcək.(trend)

Son xəbərlər
Bütün xəbərlər »