Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistandan dünyaya çağırış
İmran Xan

Pakistan Baş naziri İmran Xan yoxsul ölkələrin borclarının pandemiyanın sonuna qədər dayandırılmasını və bunun nəticələrini aradan qaldırmaq üçün bir sıra digər addımların atılmasını təklif edib.

TASS xəbər verir ki, bu barədə o, BMT Baş Məclisinin koronavirusla mübarizə üzrə xüsusi iclasında deyib.

“Birincisi, aşağı gəlirli və ən imkansız ölkələr üçün pandemiyanın sonuna qədər borc ödənişlərinin dayandırılmasıdır. İkincisi, ən az inkişaf etmiş ölkələrin borclarının silinməsi”, - deyə pakistanlı nazir bildirib.

Bununla yanaşı, o təklif edib ki, digər inkişaf etməkdə olan ölkələrin dövlət sektoru borcları razılaşdırılmış formada, hərtərəfli çoxşaxəli əsasda yenidən qurulsun və 500 milyard dollar məbləğində xüsusi kredit çəkmə hüquqları ayrılsın.

Xan eyni zamanda, kasıb ölkələrin insanlarına ucuz qiymətə qısamüddətli kreditlər verəcək beynəlxalq mexanizm yaratmağı da təklif edib. Onun fikrincə, inkişaf etməkdə olan ölkələrdən kütləvi miqdarda qanunsuz vəsait axını dayandırılmalı və korrupsioner siyasətçilər və cinayətkarlar tərəfindən oğurlanan vəsaiti bu dövlətlərə qaytarmaq üçün təcili tədbirlər görülməlidir.(virtualaz.org)

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »