Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbi həkim: Yaralı əsgər narkozun təsiri altında yoldaşlarını döyüşə səsləyirdi
Hərbi həkim: Yaralı əsgər narkozun təsiri altında yoldaşlarını döyüşə səsləyirdi

Elə hadisələr olurdu ki, qəhər bizi boğurdu. Özümüzü saxlaya bilmirdik və keçib kənar bir yerdə ağlayırdıq”.

Bizimyol.info xəbər verir ki, bu sözləri Tükiyənin “Ondokuz Mayıs Üniversitesi”ndən vətənə xidmət üçün könüllü olaraq gələn həkim Əhməd İbrahim söyləyib.

“Ondokuz Mayıs Üniversitesi” uşaq cərrahiyyəsində çalışıram. Müharibə başlayan gündən biz orada rahat dayana bilmirdik. Televiziyaya baxanda görürdüm hansısa kəndi alıb igidlərimiz. Sevincimdən yerimdən tullannıb qalxırdım. Asissentlər sakitləşdirirdi məni. Müharibə başlayan gündən könüllü olaraq yazıldıq ki, gəlib cəbhədə könüllü xidmət edək. Bir neçə gün sonra bizi Azərbaycana gətirdilər. Mən Ağcabədi Mərkəzi xəstəxanasında xidmət göstərdim. Orada olduğumuz müddətdə 100-dən çox əməliyyat etdik. 300-400-dən çox xəstələri müalicə etdik. Bir hadisəni heç unutmuram. Əhmədov Sənan adlı bir əsgər yaralı halda gəlmişdi xəstəxanaya. Şuşa uğrunda gedən döyüşlərdən danışırdı. Deyirdi ki, “15-20 əsgər yuxarı qalxırdıq. Bizi tələyə saldılar və atışma başladı. Məni də ayağımdan vurdular və minamyot partladı. Hərəmiz bir tərəfə səpələndik. Gördüm ki, bizi tələyə salıblar tez silahı hazır vəziyyətdə saxlayıb Kəlmeyi-şəhadətimi oxudum və gözlədim ki, ermənilər gəlsin. Heç olmasa 3-5 mənfur düşməni öldürüm sonra ölüm. 15-20 dəqiqə keçdikdən sonra gördüm ki, bizim canavarlar gəlir”. Həkimin sözlərinə görə, əsgərlərimiz çox fədakar idi. Hətta yaralı halda həkimlərə söyləyirdilər ki, “buraxın bizi yenidən döyüşə qayıdaq”. “Bir maraqlı hekayə də olmuşdu. Minaya düşmüşdü Xaliq adlı əsgər qardaşımız. Narkozun təsirində idi. Hələ tam ayılmamışdı. Elə bilirdi ki, hələ də ön cəbhədə döyüşdədir. Serum şüşəsini sinəsinə sıxıb deyirdi ki, “Əsgərlər arxaya durum. Bunu atıram indi”. Zorla onu sakitləşdirdik ki, sakit ol. Artıq müharibə bitib. Biz qalib olmuşuq. Bizim əsgərlərin bir şüarı var idi. Deyirdilər ki, “ya şəhid, ya qazi, ya da qalib olmalıyıq”,-deyə həkim Əhməd İbrahim bildirir.

Döyüşlərdə həlak olmuş bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi sevgiylə anırıq.Unutmadıq, unutmayacağıq,unutdurmayacağıq.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »