Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimdən həyacan təbili: “Dərman tapmaq çətindir, “103” yüklənib”
Həkimdən həyacan təbili: “Dərman tapmaq çətindir, “103” yüklənib”

Statistikaya baxanda Azərbaycanda son həftələrdə koronavirusa yoluxanların və ölənlərin sayının artdığı müşahidə olunur. Əksepidemik tədbirlər görülməsə yoluxma sayının daha da artacağı gözlənilir.

Qeyd edək ki apteklərdə bu virusdan əziyyət çəkən xəstələr üçün lazım olan dərman peraparatlarının bitməsi müşahidə olunur.

Bizimyol.info-ya açıqlama verən “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva koronavirusla mübarizədə həyəcan təbili çalıb.

Mütəxəssis bildirib ki, Azərbaycanda pandemiyanın geniş yayılması və yoluxma sayının artması insanlarda panika yaradır: “Apteklərdə antiviral dərmanlar tapılmır. “103" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti yüklənib.

Prosesin istiqamətini müsbətə dəyişmək üçün apteklər antiviral dərmanlarla təmin olunmalı, ağır xəstələrin xəstəxanalara yerləşməsi ciddi şəkildə təşkil edilməli və hər kəsin test verməsini təmin etmək üçün özəl və digər xəstəxanalar tərəfindən qiymətlərdə güzəştlər olunmalıdır”.

Y.Abdıyeva COVID-19-a qarşı mübarizə tədbirlərini gücləndirməklə əlaqədar bütün regionlar üzrə Mərkəzi Onlayn Məsləhət Sisteminin yaradılmasını təklif edib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »