Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özündən böyük yoldaşları da ona “dayı” deyərdilər – Qəhrəman kəşfiyyatçımızı tanıyaq
Özündən böyük yoldaşları da ona “dayı” deyərdilər – Qəhrəman kəşfiyyatçımızı tanıyaq

Vətən müharibəmizə, qələbəmizə bütün varlığını verdi şəhid kəşfiyyatçımız. Ömrünü, gününü və nəhayət canını. Özündən sonra onunla qürur duyan ömür gün yoldaşını, 3 balasını vətənə əmanət qoyub getdi. Bir də özü haqqında deyilən gözəl sözləri, xatirələri. Xidmət yoldaşları çox sevərdilər onu. Xətri hamıya əziz idi. Yaşıdları da, özündən böyüklər belə ona “dayı” deyə xitab edərdilər. Hamıya can yandırıb, böyüklük elədiyinə görə.

Nəsirov İlyas Arzuman oğlu 4 iyul 1985-ci ildə Beyləqan rayonunun Milabad kəndində anadan olmuşdur. Vilayət Cəfərov adına Milabad kənd orta məktəbini bitirmişdir. 2002-ci ildə hərbi xidmətə yollanmışdır, kəşfiyyat bölüyündə xüsusi təlim keçmişdir. O illər ərzində intizamı ilə seçilən İlyas 2007-ci ildə hərbi xidməti başa vursa da, hərb sənətinə ruhən bağlılığını hiss edir və daha da mükəmməl bilgilərə sahib olmaq üçün müdavim təlimlərinə başlayır. Daha sonraN saylı hərbi hissədə kəşfiyyatçı vəzifəsində çalışır. İşlədiyi müddətdə kiçik çavuş rütbəsinə yiyələnir.

2012-ci ildə o, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunur. 2013-cü il 7 mart tarixində "Azərbaycan Respublikası Silahlı Qüvvəloərinin 90 illiyi”, daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvəloərinin 95 illiyi”, “Azərbaycan ordusunun 100 illiyi”,2016-cı ildə “Qqsursuz hərbi xidmətə görə III dərəcəli” medallara layiq görülüb.

“İlyas vaxtının çox hissəsini gecə kəsfiyyatı təlimlərinə sərf edirdi. Aprel döyüşlərində yaralı komandirini mühasirədən xilas etmişdir və bu kimi başqa igidlikləri çox idi. Lakin heç vaxt özü haqda danışmağı sevməzdi. Həmyaşıdları, özündən yaşca böyük yoldaşları ona "dayı" deyə müraciət edirdilər. Çox sadə və mərd insan idi. Həmişə özündən başqalarını daha çox düşünürdü.

O, Aprel döyüşlərində göstərdiyi şücayətə görə Azərbaycan Respublikasının prezidentinin 2016-cı il 19 aprel tarixli 1967-ci nömrəli sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur və bu mükafatı ona İlham Əliyev şəxsən özü təqdim etmişdi”,- deyir şəhidimizin xanımı Aytəkin xanım.

2-ci Qarabağ müharibəsində də İlyas bir an belə geri çəkilmədi, həmişə peşəkar bir kəşfiyyatçı kimi öndə getdi. Cəbrayıldan başlayaraq Xankəndi, Şuşa istiqamətində gedən qızğın döyüşlərdə iştirak etdi. İlyas 21 oktyabr 2020-ci ildə Şəhidlik zirvəsinə ucaldı.

Allah rəhmət eləsin. Unutmadıq, unutmayacağıq,unutdurmayacağıq.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »