Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident: Təcavüzkar dövlət sülhə məcbur edilib
İlham Əliyev

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilmişdir. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar dövlət sülhə məcbur edilib.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı Ermənistanın BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxış etdiyini xatırladaraq, Ermənistanın son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışdığını qeyd edib. Prezident vurğulayıb ki, Ermənistanın bu təşəbbüsə etiraz etməsinin yeganə səbəbi onun Azərbaycan tərəfindən irəli sürülməsi olub.

Paylaş »
››› Rusiya Qarabağda 120 ton qızılı necə əldən verdi... - Rusiya mətbuatı
››› Azərbaycanın almaq istədiyi Çin peyvəndi özünü doğrultmur
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Azərbaycanda vulkan püskürüb
››› Nikol Paşinyanın ailəsi Moskvada mənzil axtarır
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
Son xəbərlər
Bütün xəbərlər »