Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda fərdi yaşayış evi, Yardımlıda mağaza yanıb
Bakıda fərdi yaşayış evi, Yardımlıda mağaza yanıb

Paytaxtda fərdi yaşayış evində yanğın olub.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli evin tavanı 20 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi Yardımlı rayonunda qeydə alınıb.

Belə ki, ümumi sahəsi 50 m² olan mağazanın yanar konstruksiyaları və içərisindəki mallar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər
Bütün xəbərlər »