Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 4 dekabr, 2020
Bürclər

Qoç - səfər və ya səyahətdə çətinliklər yaşanacaq. Nəqliyyatla bağlı problemlər yarana bilər. Anlaşma və müqavilələrdə tələskənlik etməyin. Maliyyə məsələlərində uğura, ciddi gəlirə bel bağlamayın.

Buğa - planlaşdırılmış qərar və ya addımlar uğurlu olacaq. Spontan qərarlar verməyin. Hüquqi problemlər yarana bilər.

Əkizlər - təşəbbüskar və aktiv olun. Günün bütün işlərinə başlayın. Hətta ən çətin problemlərdən çəkinməyin.

Əvvəlcədən hazırladığınız plan çərçivəsində hərəkət etsəniz, çox qısa vaxtda məqsədə çata bilərsiniz.

Xərçəng - peşəkar nailiyyətləriniz pis deyil və onlar diqqətdən kənarda qalmayacaq. İşdə irəliləyişə, gəlirə bel bağlaya bilərsiniz. Rəqib və bədxahlar sizə paxıllıq etsələr də, mane olmağa çalışmayacaqlar.

Şir - dəf edə bilməyəcəyiniz maneələr yoxdur. Çevik və sayıq olun. Şəxsi münasibətlərdə hiperaktivlik olacaq.

Qız - enerjili, aktiv olun. Cəsarətlə risk edin, rəqibləri üstələyin. Narahatlıq və təlaşlar olacaq. Lakin ən ağır vəziyyətdə təşvişə düşməyin, bədbinləşməyin. Nikbin olun. Yanınızdakı insanların da pessimizmə qapılmasına imkan verməyin.

Tərəzi -  sərfəli anlaşma və ya sifariş ola bilər. Alış-veriş üçün əlverişli zamandır. Qarderobunuzu yeniləyə bilərsiniz.

Əqrəb - fanatizmə qapılmayın, illüziyaların əsiri olmayın. Şəraiti real dəyərləndirin. Gərəkli informasiyanı gec alacaq, bir sıra kobud səhvlərə yol verəcəksiniz.

Oxatan - işgüzar əlaqələrdə və şəxsi münasibətlərdə həssas, ehtiyatlı olun. İlkin təəssürata aldanaraq səhv etməyin. Layiq olmayan insanlara inanmayın. Maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil.

Oğlaq -  əvvəlki günlərdə həddən ziyadə ciddi yanaşdığınız məsələlərlə işləri bu gün qulaqardına vurmayın.

Bədxahlarla rəqiblər bu gün ifrat dərəcədə aktivləşiblər. Onlara sinə gərməyi bacarın.

Dolça - xasiyyətinizin ən pis yönləri aşkarlana bilər. Qərar qəbul etməzdən və ya hansısa addımı atmazdan əvvəl yaxşı fikirləşin ki, sonradan peşmançılıq hissi keçirməyəsiniz. Hərdəmxəyal olmayın.

Balıqlar - alınmış məlumatların mübadiləsində xeyir var. Mühüm qərarlar qəbul etməyə tələsməyin. Şəxsi münasibətlərdə diqqətli və həssas olun. İndi emosiyaların təsiri altında yanlış addım ata bilərsiniz.

Milli.Az

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »