Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Liqası: "Qarabağ" ilk xalını qazandı
Avropa Liqası

"Qarabağ" klubu UEFA Avropa Liqasında V tur matçına çıxıb. "Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda İsrailin "Makkabi" (Təl-Əviv) komandasını qəbul edib. İrlandiyalı referi Robert Hennessinin idarə etdiyi qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Heyətdəki zədə və koronavirusa yoluxmalar üzündən "Qarabağ" oyuna itkilərlə çıxıb. Baş məşqçi Qurban Qurbanovun iştirak etmədiyi qarşılaşmada ehtiyat oyunçular skamyasında cəmi 6 futbolçu yer alıb ki, onlardan 2-si qapıçı olub.

Start heyətdə isə qolkiper Şahruddin Məhəmmədəliyevin önündə müdafiəçilərdən Elvin Cəfərquliyev solda, Kevin Medina və kapitan Qara Qarayev mərkəzdə, Donald Gerye sağda yer alıb. Yarımmüdafiənin mərkəzində İsmayıl İbrahimli və Uroş Matiç, onların önündə Filip Ozobiç,cinahlarda Abdullah Zubir və Xayme Romero çıxış edib. Mərkəz hücumçusu mövqeyi isə Ovusu Kvabenaya həvalə olunub.

Hesabı İsraildəki görüşdə olduğu kimi, yenə Yonahan Kohen açıb. O, 22-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Lakin bu, həmin matçdan fərqli olaraq, görüşdə vurulmuş yeganə qol olmayıb. 37-ci dəqiqədə Xayme Romero bərabərlik qolunu vurub.

Bununla da "Qarabağ" I qrupunda ilk xalını qazanıb.

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »