Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Euronews”un əməkdaşları suqovuşanlını 27 il ayrı düşdüyü evinə aparıb - Video
“Euronews”un əməkdaşları suqovuşanlını 27 il ayrı düşdüyü evinə aparıb - Video

Suqovuşan işğaldan ilk azad olunan yerlərdən biri idi. Suqovuşanlılar üçün 27 illik həsrət bitib.

Bizimyol.info xəbər verir ki, “Euronews” Suqovuşandan reportaj hazırlayıb. Media qurumunun əməkdaşları bu torpaqlarda doğulmuş Xaliq Hümbətovu da özü ilə aparıb.

Suqovuşanlı evə yaxınlaşan kimi “dağıtmayıblar, yerindədir” deyir. Sonra aydınlaşır ki, ermənilər eyvanı sıradan çıxarıb. Xaliq Hümbətov xatirələrini bölüşüb, evi necə tərk etmələrini yada salıb: “Uşaqlığımı xatırlayıram. Anam bizə gölə getməyə icazə vermirdi. Qorxurdu ki, göldə batarıq. Bir dəfə gecə saqqallı erməni gəldi. Dedi ki, səhərə qədər buranı tərk etməliyik. Əvvəlcə at götürməyə icazə vermişdilər. Erməni atı görəndə dedi ki, yox, bunu aparmayacaqsınız. Mən onda çox ağladım. Atı da apardılar. Biz piyada getməli olduq”.

Suqovuşanı tərk edəndə Xaliq Hümbətovun 14 yaşı varmış. Doğma yerləri 27 ildən sonra ilk dəfə görür.

Suqovuşanlı “Euronews”un əməkdaşlarından xahiş edib ki, onun sevinc göz yaşlarını çəkməsinlər.

Son xəbərlər
Bütün xəbərlər »