Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft hasilatına dair razılaşma imzalana bilər
Neft hasilatına dair razılaşma imzalana bilər

Bir neçə gün davam edən gərgin müzakirələrdən sonra mühüm ziddiyyətlərin üzə çıxdığı OPEC+ qrupu hasilat həcmini 2021-ci ilin yanvar ayında artırmağı nəzərdə tutan güzəştli razılaşma imzalamağa yaxınlaşıb.

“Report” xəbər verir ki, OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasının iştirakçılarından birinin dediyinə görə, Səudiyyə Ərəbistanı və Rusiya arasında hazırlanan güzəştli plan qalan iştirakçı ölkələr tərəfindən də təməl kimi qəbul oluna bilər.

Əsas müzakirələrin hasilat həcminə dair məhdudiyyətləri tədricən yumşaltmağa yönəldiyi, hasilatın mövcud ixtisar səviyyəsinin uzadılmasına diqqət yetirilmədiyi də qeyd olunur.

Bu təkliflər OPEC+ formatının iştirakçısı olan bütün ölkələr tərəfindən qəbul edilsə, 12 aprel tarixində imzalanmış mövcud razılaşmaya dəyişikliklər gətiriləcək. Mənbələrə görə, 1 yanvar tarixindən gündəlik neft tədarükü 1,9 milyon barel artırılacaq. Lakin sonrakı dövrdə də bu miqdarın saxlanıb-saxlanılmayacağı hələlik bilinmir.

Sonradan Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı ziddiyyətlər üzündən Komitənin iclası dekabr ayının 1-dən 3-nə keçirilib.

Razılaşmanın yeni variantında da gələn ilin birinci rübü ərzində neft bazarındakı qıtlığın davam edəcəyi gözlənilir. Odur ki, OPEC artıq yığılmış ifrat həcmdəki ehtiyatlarını tədricən satıb qurtara biləcək. Hesablamalara görə, yanvarın 1-dən hasilat həcmi 1,9 milyon barel artırılaraq həmin səviyyədə saxlanılsa, bazarda profisit yaranar.

Son xəbərlər
Bütün xəbərlər »