Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ uyğurlara görə Çini cəzalandırır
ABŞ uyğurlara görə Çini cəzalandırır

Çin neçə illərdir uyğurlara qarşı təzyiqlərə görə tənqid olunur. Qərb mətbuatı yazır ki, təxminən milyona qədər uyğur düşərgələrdə qeyri-insani şəraitdə saxlanılır.

Bizimyol.info xəbər verir ki, ABŞ uyğurlara görə Çini cəzalandırmaq qərarına gəlib. Amerikanın Gömrük-Sərhəd Xidmətinin yaydığı məlumatda bundan danışılır. ABŞ Sintszyan-Uyğur muxtar rayonunda istehsal olunmuş pambıq məhsullarının idxalına qadağa qoyub.

Birləşmiş Ştatlar qərarını insan haqlarının kəskin pozulması ilə izah edir. Qərb mətbuatı uyğurların düşərgələrdə icbari əməyə cəlb olunmasından çox yazıb. Vaşinqtona da etibarlı mənbələrdən belə xəbərlər çox daxil olub.

Dünya pambıq istehsalının 20 faizi Çinin payına düşür. Çində isə əsas yükü üzərinə Sintzsyan-Uyğur muxtar rayonu götürür.

Son xəbərlər
Bütün xəbərlər »