Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmən prezident 122 kq narkotiki yandırıb
Türkmən prezident 122 kq narkotiki yandırıb

Türkmənistanda narkotik istifadəçilərinin sayı kəskin artıb. Hökumət açıq etiraf etməsə də, görünən tədbirlər planı buna işarə vurur.

Bizimyol.info xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov narkotik maddələrin yandırılması üçün paytaxt Aşqabaddan 100 kilometr məsafədə yerləşən yeni sobanın açılışında iştirak edib. O, sobaya bir neçə bağlama atıb. Ümumilikdə 122.5 kiloqram narkotik maddə məhv edilib.

Türkmənistan mətbuatı yazır ki, Berdıməhəmmədov 3 yeni sobaya xeyir-dua verib. İlk addım avqustda atılmışdı. Onda prezident sobaların inşası ilə bağlı layihəni bəyəndiyini bildirmişdi. Bundan sonra təcili tikintiyə başlanılmışdı. Mətbuat məhvedilmə prosesinin ətraf aləmə zərər vurmayacağını xüsusi qabardır.

Son xəbərlər
Bütün xəbərlər »