Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvan sakini: “Mən indi Azərbaycandan da, Türkiyədən də qorxuram”
İrəvan sakini: “Mən indi Azərbaycandan da, Türkiyədən də qorxuram”

Müharibədəki məğlubiyyətdən sarsılan Ermənistanda siyasi sabitlik pozulub.

İnsanlar çox ümidsiz olub. “Sputnik Armenia”nın reportajında da bunu hiss etmək mümkündür.

Bizimyol.info xəbər verir ki, erməni jurnalistlər İrəvan sakinlərinə Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması ehtimalı barədə sual verib. Cavabların arasında “mümkünsüzdür”, “əleyhinəyəm”, “çox pis baxıram”, “mənə normal görünmür”, “rüsvayçılıqdır” ifadələri eşidilir. Amma fərqli yanaşmalar da var.

“Məndə belə təəssürat var ki, daha biz heç nəyi həll etmirik. Çox ümidsiz vəziyyətdəyik. Təkcə mən yox, çoxu bu fikirdədir. Bu dəqiqə inqilab haqda düşünəndə mənə elə gəlir ki, onda biz teatrın kütləvi səhnələrində iştirak etmişik”, - “Sputnik Armenia”nın reportajı irəvanlı qadının bu sözləri ilə başlayır.

Az sonra başqa bir qadın nikbin danışır: “Ən doğru qərar barışıqdır. İnsan bir dəfə yaşayır. Doğrudanmı insan bu həyatı normal yaşamaq istəməz? Bu torpaq mənimdir, sənindir, nə fərqi var? Avropaya gedəndə insanların necə sakit yaşadığını görəndə təəccüblənirəm”.

50-55 yaşlı kişi deyir ki, hələ 1991-ci ildə bu məsələ müzakirə olunurdu: “Hətta sərhəd-keçid məntəqələri də müəyyənləşdirilmişdi. Amma alınan məsələ deyil”.

Daha bir erməninin fikirlərində ümidsizlik hiss olunur: “Mənə elə gəlir ki, bu bizdən asılı deyil. Böyük dövlətlər qərar verəcək, bizə isə razılaşmaq qalacaq”.

Bir qadının dediklərində isə müharibədə məğlubiyyətin ermənilərin gözünün odunu necə aldığını sezmək olar: “Mən indi Azərbaycandan da, Türkiyədən də qorxuram”.

Paylaş »
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Türkiyənin Qarabağda Birgə Mərkəzdə işi nədən ibarət olacaq... - Açıqlama
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
››› Şuşaya təyin edilən xüsusi nümayəndə kimdir...
››› “Paşinyan Əliyevdən öz seçki kampaniyasına dəstək xahiş edib”
››› Bill Qeyts: “Dünya növbəti pandemiyaya hazır deyil”
Son xəbərlər
Bütün xəbərlər »