Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN başçısı: “Üzv dövlətlər tərəfindən ATƏT-ə ehtiyac duyulmursa, onda onun gələcəyi olmayacaq”
Sergey Lavrov

Rusiya ATƏT-in effektivliyinin artırılması üçün qeyri-formal işçi qrupun yaradılmasını təklif edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici işlər nazirləri Şurasının videokonfrans formatında keçirilən iclasında bildirib.

"Gələcək İsveç sədrliyinə ATƏT-in effektivliyini yüksəltmək üçün qeyri-formal işçi qrupu təsis etməyi təklif edirik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov bildirib ki, ATƏT-dəki islahat şəffaflığın artmasına və katibliyin, institutların işinin və seçkiləri müşahidə metodologiyasının təkmilləşdirilməsinə, tədbir proqramlarının və XİN Şurasına hazırlığın optimallaşdırılmasına, büdcə prosesinin yaxşılaşdırılmasına istiqamətlənməlidir.

Onun sözlərinə görə, bu, sıfırdan başlamaq üçün bir çağırış deyil: "Son onilliklər ərzində formalaşmış, bir-biri ilə əlaqəli ATƏT öhdəliklərinin kompleksinə yeni nəfəs gətirmək vacibdir. Əgər təşkilata üzv dövlətlərin özü tərəfindən ATƏT-ə ehtiyac duyulmursa, onda onun gələcəyi olmayacaq. ATƏT-in yeni vəzifəli şəxsləri bu vəziyyəti tam şəkildə dərk etməli, öz praktiki işlərində həyəcanlandırıcı tendensiyanı nəzərə almalıdırlar. Onlar bu və ya digər dövlətlərin təklifləri ilə deyil, əsas qaydaların və konsensus prinsipinin möhkəmləndirilməsi naminə qərəzsiz və məsuliyyətli hərəkət etməlidirlər”.

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »