Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sumqayıt"ın kapitanı: "Premyer Liqa təxirə salınsa daha yaxşı olar"
Futbol

"Dünən bədənimdə ağrılar daha çox idi. Temperaturum da qalxmışdı. Bu gün isə bir az normal hiss edirəm".

Bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt" klubunun koronavirusa yoluxmuş kapitanı Vurğun Hüseynov deyib.

32 yaşlı müdafiəçi komanda yoldaşları kimi testinin müsbət çıxdığını bildirib: "Hazırda evimdəyəm, həkimlər müalicə yazıb. Ona uyğun müalicə olunuram. Dünən test verdik, bu gün isə müsbət çıxdı".

Hüseynov "Sumqayıt"da kütləvi yoluxmanın hansı səbəbdən qeydə alınması ilə bağlı bunları söyləyib: "Həqiqətən bilmirəm, yəqin komandada yayılıb ki, bu qədər oyunçu yoluxub və hamıda müsbət çıxıb".

Təcrübəli oyunçu XII turda "Zirə" ilə oyunun böyük ehtimalla təxirə salınacağını sözlərinə əlavə edib: "Bu oyun təxirə salınmalıdır. Oyuna çıxmağa futbolçu tapılmayacaq. Heyət geniş də deyil. 18 nəfərin yoluxması çox böyük rəqəmdir".

O, Azərbaycan Premyer Liqasının da təxirə salınmasının məqsədə uyğun olduğunu deyib: "Mən də xəstəyəm, evdə təcrid edilmişəm və müalicə alıram. Mənim şəxsi fikrim odur ki, yoluxma bu qədər çoxdursa, çempionat təxirə salınsa daha yaxşı olar. Amma qərarı müvafiq qurumlar verəcək, yəqin ki, bu məsələlərlə bağlı addım atılacaq".

Qeyd edək ki, "Sumqayıt"ın 18 futbolçusunda koronavirus aşkarlanıb.

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Oqtay Gülalıyevi vuran sürücü həbs edildi
Son xəbərlər
Bütün xəbərlər »