Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təklif: Boş qalan Bayraq meydanımızı Zəfər meydanına çevirək
Müşfiq Hüseynov

“8 Noyabr Zəfər Bayramı rəsmiləşdiyinə görə, Bakıda Zəfər meydanı olmalı, orda Şəhid Əsgər monumenti ucalmalı, başının üstündə böyük bayrağımız və 2783 şəhidin hər birinin adı həkk olunmalıdır.

Hər il 8 noyabrda bütün ölkə ora gedəcək və öz vəfa borcunu yerinə yetirəcək. Zəfər Meydanı- yeni evlənənlərin, bağça uşaqlarının, məktəblilərin ən yeni tariximizə dair ziyarət, hərbi məktəbin tələbələrinin and içmə yeri olacaq”. Bu təklifi tanınmış həkim, formokoloq Müşfiq Hüseynov səsləndirib.

“Bu meydan şəhərin ən görkəmli yerində olmalı, hər yerdən görünməli, gediş-gəlişi rahat olmalı, ziyarət günlərində şəhərdə həyat iflic olmamalıdır. Məncə, bunun üçün ən ideal yer indiki Bayraq meydanıdır. Bir az rekonstruksiya edib, möhtəşəm bir abidə-kompleks yaratmaq olar. Meydanda hazır muzey var, orda şəhidlərimizin şəkillərini, 2 ci Qarabağ savaşı Milli Qəhrəmanlarının büstlərini qoymaq olar.

Ziyarətçilər Meydana bulvarla gəzərək də gələ bilərlər, maşınla da. Həm şəhərin girəcəyidir, həm turistlər üçün dəniz səyahəti marşrutunun üstüdür, həm də mərkəzdən 1 km məsafədə. Zəfər Meydanının önündə yolda Zəfər tağı tikmək, Azneft meydanına kimi Prospektin adını Zəfər Prospekti adlandırmaq olar.

Ən vacibi, şəhidlər xiyabanından birbaşa görünür”.

Hörmətli doktorun təklifinə biz də qoşulur, bu müqəddəs günümüzün xatirəsinə təntənəli bir abidənin yaradılması fikrini dəstəkləyirik.

İlhamə

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› Baydenin andiçməsindən maraqlı anlar: Klintonun yatması, Senatorun əlcəkləri - Video
Son xəbərlər
Bütün xəbərlər »