Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ürəyi vətən üçün yanan, ayaqları Murov dağlarında donan Qazimiz - Ülvi Qədir
Ulvi Qədirli

Ülvi Qədir. Ürəyi vətən eşiqi ilə yanan, vətənin dağlarında xidmət edərkən don vuran, əsgərlərinin öldü bilərək xəstəxanaya çatdırıb, yenidən həyata qaytardığı zabit. İndi ailəlidir, iki övlad atasıdır. Hərbi xidmətdən 5 il öncə təxris oluna da yenə özünü müzəffər ordunun əsgəri hesab edir, bu an da vətən çağırsa getməyə hazıram deyir. Ən sevdiyi xatirəsi də şəhid generalımız Polad Həşimovla bağlıdır. Deyir hər bir əsgərinə ataydı, gözəl də xarakteri var idi. Ağsaqqalımız idi. “Olduğumuz hərbi hissədə güllə barandan deşik- deşik olmuş dağlarda gəzə bilən bir traktor var idi. Yeni xidmətə başlayanda dedim bu nədir belə? Cavab verdilər ki, Polad Həşimov onu özü ermənilərin əlindən alıb sürə- sürə gətirib. İndi də o traktordan orduda istifadə olunur....”.

Doymadan danışır cəbhə xatirələrini. Gəlin biz də onu tanıyaq.

Qədir Ülvi Xaləddin oğlu. 1988-ci ilin sentyabr ayının 1-də Ucar rayon Çiyni kəndində kasıb, kəndli ailəsində dünyaya gəlmişdi. Soyad olaraq daşıdığı Qədir adı I Qarabağ savaşına ilk sıralarda qoşulan qazi əmisi Qədirin adıyla bağlıdır. Ülvi deyir, I Vətən müharibəsini məğlub başa vurmaq əmisinə dərd olmuşdu, kişini bəlkə də elə bu dərd öldürdü.

“Qədir əmim 1991-1993-cü illərdə birinci Qarabağ döyüşlərində Fizuli istiqamətində gedən döyüşlərdə polis əməkdaşı kimi vuruşmuş, xüsusi xidmətləri olmuşdur. Gələcəkdə hərbiçi olmaq, zabit olaraq vətənimizin keşiyində dayanmaq həvəsi 2 amildən yaranıb. Valideynlərimin məni vətənpərvər, xalqıma bağlı böyütməyindən və Qədir əmimin döyüşçü keçmişindən. 2006-cı ildə Ucar rayon Çiyni kənd orta məktəbini bitirdikdən sonra, çox böyük həvəslə, vətən eşqiylə sənədlərimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə təqdim etdim .2010-cu ildə Leytenant rütbəsi ilə Murov dağının ən yüksək zirvəsinə, Dəniz səviyyəsindən 3300.04 metr yüksəkliyinə, Kəlbəcər istiqamətində döyüş mövqeyinə təyinatla göndərilmişəm.Burada bir haşiyəni də əlavə etmək istərdim ki, qeyd etdiyim Murov dağlarında, Kəlbəcər istiqamətində xidmətə başladığım gündən, xəsarət alıb Qazi olan günə qədər hansı ki, beş ilə yaxın olan müddətdə şəhid qardaşımız Polad Həşimovla çiyin-çiyinə xidmət etmişəm. Mən, bir döyüşçü olaraq özümü xoşbəxt insanlardan biri hesab edirəm ki, vətənimizin keşiyində şəhid qardaşım Polad Həşimov kimi bir sərkərdə ilə çiyin-çiyinə xidmət etmişəm. Xidməti şəraitim çox ağır və çətin keçmişdi. Xidmət etdiyim döyüş mövqeyi haqqında saatlarla danışa bilərəm. Oradakı xidmət və vəziyyəti, ancaq həmin istiqamətdə xidmət edən hərbi qulluqçular daha yaxşı bilir. Komandir olaraq, hərbiçi kimi hər zaman azğın düşmənin işğalı altında olan torpaqlarımızın azad edilməsi haqqında düşünmüşəm. Demək olar ki, düşmən tez-tez atəşkəsi pozurdu, hər zaman da layiqincə susdurmuşuq. Mənimlə birlikdə xidmət edən mərd, igid əsgərlər Ali Baş Komandanımızın hər an döyüş əmrini gözləmişik. Murov dağı strateji cəhətdən elə bir yerdir ki, yuxarıda qeyd etdiyim kimi ordakı vəziyyəti ancaq həmin yerdə xidmət edən hərbiçilər daha yaxşı bilir, demək olar ki, ilin on iki ayı qar yağır. Hər zaman soyuq olur, havanın temperaturu çox aşağı olur. Mənfi otuz-qırx dərəcə arasında dəyişir. Ancaq, buna baxmayaraq, mərd, çəsur hərbiçilər, vətən oğulları tərəfindən gecə-gündüz xidmət yüksək səviyyədə təşkil olunurdu. Mən, tam səmimiyyətimlə deyirəm ki, hər oğulun hünəri deyil həmin mövqedə - Murov dağının həmin hissəsində xidmət etmək, vətənin keşiyində dayanmaq. Bizim həmin mövqeyimiz strateji cəhətdən də çox əhəmiyyətli bir mövqeydir. Xidmət etdiyim yüksəklikdən işğal altında olan torpaqlarımıza baxdıqca düşmənə olan qəzəbim, nifrətim birə-on artırdı. Hər an hücum əmri gözləyirdim. 2014-ci ildə xidməti döyüş vəzifəsini yerinə yetirərkən hər iki ayağımı don vurmuşdur, hərəkət qabiliyyətimi itirdim və Silahlı Qüvvələrin Hospitalına yerləşdirildim. Mən, deyərdim ki, insan vücudunun hər hansı bir hissəsini don vurması, güllə yarası almaqdan daha şiddətli və dözülməzdir, ağrılı-acılıdır. Çünki, güllə yarası alan insan ola bilər hər hansı bir orqanını itirsin və ya vücudunun hər hansı bir yerinə daxil olub qalan qəlpəni sonradan həkimlərin müdaxiəsi ilə çıxarılsın, xaric edilsin. Ancaq, insanın don, soyuq vuran hər hansı bir orqanını nə amputasia etmək olur, nə də tam sağlam vəziyyətinə qaytarmaq mümkün deyildir. Don vurmadan əziyyət çəkən insan ömrü boyu bu ağrı-acıya dözmək məcburiyyətində qalır. Bəlkə də Azərbaycan Ordusunda yeganə zabit, hərbi qulluqçuyam ki, bir il beş Silahlı Qüvvələrin Hospitalda, yataq vəziyyətində olmuşam. 2015-ci May ayında Müdafiə Nazirinin müvafiq saylı əmrinə əsasən ikinci qrup Qarabağ Qazisi olaraq Silahlı Qüvvələrdən tərxis olundum. Mən, hər zaman fəxr edirəm ki, sağlamlığımı Azərbaycanımızın ərazi bütövlüyü uğrunda itirmişəm. Xidmət etdiyim zaman komandanlıq tərəfindən hər zaman, xidmətdə fərqləndiyimə görə qiymətləndirilmişəm. Otuz ilə yaxın azğın-kafir düşmən tapdağı altında olan torpaqlarımız, ata-baba yurdlarımız müzəffər ordumuzun tərəfindən işğaldan azad edildi. Uca Allaha sonsuzadək şükürlər olsun ki, bu qalibiyyəti, müzəffəriyəti bizlərə bəxş etdi. Ancaq, bir məsələni də unutmayaq ki, Qarabağın düşmən tapdağından azad edilməsi ilə məsələmiz bitmədi. Bizi qarşıda daha böyük işlər gözləyir. Çalışdığımız, fəaliyyət göstərdiyimiz sahədən asılı olmayaraq, bütün qüvvəmizlə birləşməliyik ki, işğaldan azad torpaqlarımızı dirçəldək, inkişafında, çiçəklənməsində yaxından iştirak edək. Əlil olsamda, arxa cəbhədə xalqımızın, xüsusilə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmaları, onlarda vətənpərvərlik eşqinin təbliğində hər zaman öz dəstəyimi göstərmişəm və bundan sonra da bunu davam etdirəcəm”- deyir qazimiz.

Uğrunda qan, can verdiyiniz bu torpaqlar bundan belə səfa çəkdiyiniz gülüstan yurdunuz olsun döyüşçü qardaşlarımız. Sizin hər biriniz bizim üçün dəyərlisiniz. Bunu unutmayacağıq, unutdurmayacağıq.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »