Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Qarabağla bağlı üçtərəfli bəyanatın Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan əlaqələri baxımından müsbət nəticələri var”
Mövlud Çavuşoğlu

“Biz ATƏT-in Minsk Qrupunun digər üzvlərini, xüsusilə də həmsədləri siyasi motivli hərəkətlərdən çəkinməyə çağırırıq”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT Nazirlər Şurasının 27-ci iclasında çıxışı zamanı deyib.

“Bu gün biz ATƏT zonasında bir sıra münaqişələrə şahidlik edirik. Dağlıq Qarabağdakı vəziyyət bunlardan biridir. Türkiyə hər zaman beynəlxalq hüququn və legitimliyin tərəfində olub. Minsk Qrupunun üzvü olaraq biz bu münaqişənin davamlı həll yolunun tapılmasına verdiyimiz dəstəyə sadiqik. Biz hər zaman müdafiə etmişik ki, bu cür həll yolu beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT prisniplərinə əsaslanmalıdır. Bu həll Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə əsaslanmalıdır. İndi Azərbaycan, Ermənistan və Rusiya arasındakı razılaşma ilə 30 ildən sonra davamlı sülh üçün imkan yaranıb. Bunun regional stabillik, həmçinin Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan əlaqələri baxımından müsbət nəticələri var. Biz Minsk Qrupunun digər üzvlərini, xüsusilə də həmsədləri siyasi motivli hərəkətlərdən çəkinməyə çağırırıq. Bu müzakirə edilmiş həll yoluna zərbə vura bilər”, - deyə M. Çavuşoğlu vurğulayıb.(apa)

Paylaş »
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Notariat hərəkətlərinin aparılmasına görə iki halda dövlət rüsumu ödənilməyəcək
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
Son xəbərlər
Bütün xəbərlər »