Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ən az itki, ən qısa zaman, ən böyük nəticə”
“Ən az itki, ən qısa zaman, ən böyük nəticə”

“Biz 20 faiz ərazimizi itirəndə, verdiyimiz şəhid sayı da elə 20 min nəfərdən çox idi. Hər bir faiz ərazi itkisinə min gəncimizi şəhid vermişdik”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib. Onun sözlərinə görə, bu günkü itkimiz birinci müharibə ilə müqayisədə 4 dəfə azdır

“Bu gün təxminən, azad edilən ərazinin ümumi sahəsi 12 min kv km, şəhid sayımız isə 2800 civarındadır. Yəni hər azad edilən bir faiz ərazi üçün verdiyimiz şəhid sayı təxminən, 231 nəfər təşkil edir. Birinci müharibə ilə müqayisədə 4 dəfə azdır.

Birinci Qarabağ savaşında onların itkiləri 6 min nəfər idi, amma bizim torpaqlar da işğal edilmişdi. Bu gün onların iktilərinin sayı ilkin məlumata görə (gizlədərək) 6 min nəfərdən çoxdur, yaralıların sayı isə müvafiq olaraq 10 minlərlə ölçülür.

Eyni zamanda, işğal etdikləri torpaqlar azad edildi, bütün hərbi sənayesi məhv edildi, iqtisadi potensialı sıfırlandı, borc içərisində sürünür, dövlət məhv olmağa başlayıb.

Şübhəsiz ki, Azərbaycan dövləti üçün vətəndaşının canı hər şeydən qiymətlidir, savaş zəngi çalınan gün əhalimiz on minlərlə övladını şəhid verməyə razı olduğunu bütün dünyaya zəfər yürüşləri ilə göstərdi”,-deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »