Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: “Azərbaycan Dağlıq Qarabağdakı erməni əsilli vətəndaşlarının ölkənin siyasi, iqtisadi və digər sferalarına inteqrasiyasında qətiyyətlidir”
Nazir: “Azərbaycan Dağlıq Qarabağdakı erməni əsilli vətəndaşlarının ölkənin siyasi, iqtisadi və digər sferalarına inteqrasiyasında qətiyyətlidir”

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarının ölkənin siyasi, iqtisadi, sosial və digər sferalarına yenidən inteqrasiyasında qətiyyətlidir və etnik, dini kimliyindən asılı olmayaraq, hər kəs üçün eyni hüquq və azadlıqların bərabər və qeyri-diskriminativ şəkildə təmin edilməsinə zəmanət verir”.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 27-ci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası münaqişə bölgəsində xalqların sülh içində birgəyaşayışına təminat verir: “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsində yaşayan öz erməni əsilli vətəndaşlarının ölkənin siyasi, iqtisadi, sosial və digər sferalarına yenidən inteqrasiyasında qətiyyətlidir və etnik, dini kimliyindən asılı olmayaraq, hər kəs üçün eyni hüquq və azadlıqların bərabər və qeyri-diskriminativ şəkildə təmin edilməsinə zəmanət verir. Azərbaycan Respublikasının Konstitusiyası bu baxımdan möhkəm leqal çərçivəni təmin edir. Münaqişə zonasında azərbaycanlı və erməni sakinlərin sülh içində birgəyaşayışı hər birinin təhlükəsizliyinə, etnik və dini kimliyinə hörmət əsasında, Azərbaycanın suvernenliyi və ərazi bütövlüyü çərçivəsində təmin edilməlidir. Rekonstruksiya və reabilitasiya mərhələsi olan yeni postkonflikt və sülh içində birgəyaşayışın bərpa edilməsi mərhələsinə daxil olarkən inkişaf və əməkdaşlıq üçün yeni fürsətlər ortaya çıxır. Biz öz həmkarlarımızı və tərəfdaşlarımızı yeni ümidverici reallıqdan faydalanmağa və dəyərləndirməyə çağırırıq”.

Son xəbərlər
Bütün xəbərlər »