Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beyləqanda komendant postunu qanunsuz keçməyə çalışan sürücü həbs edildi
Beyləqanda komendant postunu qanunsuz keçməyə çalışan sürücü həbs edildi

Beyləqanda komendant postunu qanunsuz keçməyə çalışan sürücü saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, dekabrın 1-də gecə saat 1 radələrində Beyləqan ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılan komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan “Mersedes” markalı avtomobilə saxla işarəsi verib, lakin buna baxmayaraq sürücü hərəkətini davam etdirib.

Həmin sürücü avtomobili ilə birlikdə rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla onun Beyləqan rayon sakini Tural Əliyev olduğu müəyyən edilib. Sürücü T.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunaraq inzibati qaydada həbs edilib.

Son xəbərlər
Bütün xəbərlər »