Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Qələbə paradında iştirak üçün Bakıya gəlir
Ərdoğan Qələbə paradında iştirak üçün Bakıya gəlir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan ordusunun Ermənistan üzərində qazandığı möhtəşəm qələbə münasibətilə keçiriləcək hərbi paradda iştirak etmək üçün Bakıya gələcək. Bu haqda RİA Novosti öz mənbələrinə istinadən bildirir.

Paradın dekabrın 10-da keçiriləcəyi gözlənilir, hazırda Bakıda parada hazırlıq işləri aparılır. Gözlənilir ki, paradda düşməndən qənimət götürülmüş çoxsaylı hərbi texnika da nümayiş etdiriləcək.

Xatırladaq ki, prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla hər il noyabrın 10-nun Azərbaycanda Zəfər günü kimi qeyd olunacaq. Həmin gün Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli razılaşma imzalanıb.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »