Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Topçu Vüsal”ın adıyla pul qazananın kimliyi bəlli oldu - Atası rəsmən razılıq verib
Topçu Vüsal Şahkərimov

İkinci Qarabağ savaşında qəhrəmanlıqları ilə seçilən döyüşçülərimizə xalq arasında xüsusi rəğbətin yaranması və onların cəmiyyətdə populyarlaşması bəzi iş adamlarının bir az da varlanmaq istəyini artırıb.

Belə ki, bu günlərdə sosial şəbəkələrdə və mətbuatda Vətən savaşının qəhrəmanlıq simvollarından biri, cəsur topçumuz Vüsal Şahkərimovun şəkli vurulan “Topçu” arağının fotoları yayılıb.

Bu addımın cəmiyyətdə böyük etiraza səbəb olması arağın istehsalı ilə məşğul olan “Azgranata” MMC-nin sonradan öz məhsulunu mağazalardan gerı çağırması ilə nəticələndi.

Topçu arağı

Şirkət adıçəkilən addımını Vüsal Şahkərimovun atasının razılığı ilə atdığını desə də, cəmiyyətin buna reaksiyası dəyişmədi.

Bu arada Gununsesi.info topçumuzun adı ilə pul qazanmaq istəyən iş adamının kimliyini öyrənib.

Məlum olub ki, “Azgranata” Şirkətinin İdarə Heyətinin sədri Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevdir.

“Mirzəyev və partnyorları” Vəkil Bürosunun rəhbəri olan Şaiq Mirzəyev Vəkillər Kollegiyasının sədri Anar Bağırovun yaxn adamlarından biri kimi tanınır.

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »