Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilər əsir aldıqları sürücünü müharibə bitdikdən sonra amansızlıqla qətlə yetiriblər - Video
Ermənilər əsir aldıqları sürücünü müharibə bitdikdən sonra amansızlıqla qətlə yetiriblər - Video

Xətai rayonu 7 nömrəli Təcili Tibbi Yardım Stansiyasının sürücüsü şəhid Fəxrəddin Yaqubov dünən dəfn edilib. Təcili Tibbi Yardım maşını sürücüsü Fəxrəddin Yaqubov noyabrın 22-də itkin düşüb. O, İkinci Qarabağ savaşında ən təhlükəli nöqtələrdən yaralı döyüşçüləri çıxarıb. Bundan əlavə o əsgərlərə yardım daşıyırmış. Elə yardım apararkən noyabrın 22-də Şuşa yolunda itkin düşmüşdü. Onun azaraq düşmən tərəfə keçdiyi və əsir götürüldüyü ehtimal olunurdu.

Noyabrın 30-da vandallar bu fədakar insanın meyitini bizə veriblər. Müharibə ayın 10-da bitsə də ermənilər yenə vəhşiliklərindən əl çəkməyərək əsir götürülmüş sürücünü vəhşicə qətlə yetiriblər. Belə ki, ailənin yaxınlarından birinin dediyinə görə onlar mərhumun meyitinə işgəncə veriblər. Nəşini parçalayıblar. Dünən səhər saatlarında Fəxrəddin Yaqubovla vida mərasimi keçirilib. Bundan sonra onun nəşi Xətai rayonundakı Şəhidlər Xiyabanına aparılıb.

Şəhid sürücünün dəfn mərasimində rayon rəhbrəliyi də iştirak edib. Vətən yolunda ömrünü qurban verən bu insana Allahdan rəhmət. Ailəsinə səbr diləyirik.

Şəhid sürücü ilə vida mərasimindən görüntüləri təqdim edirik:

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »