Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə daha bir rabitə peykini orbitə çıxaracaq
Peyk - Azərkosmos

Dekabrın ortalarında Türkiyə "Türksat 5A" rabitə peykini orbitə çıxaracaq.

"APA-Economics"in "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bunu "Türksat" şirkətinin baş direktoru Cenk Şen deyib.

Onun sözlərinə görə, peykdə istifadə olunan texnologiyalar onun tutumlarını əhəmiyyətli dərəcədə artırmağa və əhatə dairəsini genişləndirməyə imkan yaradır. Peykin orbitdə xidmət müddəti 30 ildən çox olacaq.

"Türksat 5A" peyki "Airbus" şirkətinin zavodunda yığılıb. Peyk "Ku" diapazonunda işləyən 42 transponderlə təchiz olunub. Kosmik aparat 31 dərəcə şərq uzunluğu orbital mövqeyində fəaliyyət göstərəcək. Yeni peykin əhatə dairəsi Yaxın Şərq, Cənubi Avropa və Afrikanı əhatə edəcək.

Qeyd edək ki, hazırda "Türksat 6A" peykinin də istehsalı ilə bağlı işlər aparılır. Peykin 2022-ci ildə orbitə buraxılması nəzərdə tutulur.

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
Son xəbərlər
Bütün xəbərlər »