Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ayağım vətənimə qurban olsun”
“Ayağım vətənimə qurban olsun”

İgidlik, qəhrəmanlıq yaşa baxmır. 19 yaşı var. Müharibə zamanı 2 dəfə minaya düşüb. Ayağının birini itirib, digər ayağı isə biləkdən baldıra qədər yanıb. Lakin danışarkən gözündə heç qorxu, narahatlıq, təəssüf yox idi. Gəlin Hacıyev Sənan Bəxtiyar oğlunun hekayəsini öz dilindən eşidək.

“Əsgər idim və Füzuli rayonunda xidmət edirdim. Bizə əmr gəldi ki, Cəbrəyıl rayonu istiqamətində hücum etməliyik. Ayın 28-i günü erməni postunu ələ keçirdik. Həmin postun girəcəyində minaya düşdüm və orada ayağımı itirdim. Çoxlu qan itirməyə başladım. Arxadan gələn komandirim, gizir Nəbiyev Vasif məni xilas etmək üçün çiyninə aldı. Oradan çıxmaq üçün səngərin içərisi ilə irəlilədik. Səngərin bitdiyi yerdə kubik var idi. Komandirim ayağını həmin daşın üstünə qoyduqda partlayış baş verdi və yenidən minaya düşdük. Bu zaman sol ayağım biləkdən, baldıra kimi yanmağa başladı. Əlimlə söndürməyə çalışdım. Komandirimin isə ayağı çox pis sındı. Helikopter vasitəsi ilə bizi Bakıya xəstənaya çatdırdılar.

Məni xilas edən komandirimin ayağı elə vəziyyətdə idi ki, həkimlər onu kəsməli oldu”.

Qazimiz erməni ilə 710 metr məsafədə xidmət etdiyini və hər gün ermənilərin atəşkəsi pozası nəticəsində əvvəlcədən bu vəziyyətə öyrəşdiyini bildirir.

“Sülh yolu ilə həll olunmasına çox sevindim. Fəxr edirəm ki, Azərbaycan ordusunun əsgəriyəm, o döyüşdə iştirak etmişəm və torpaqların alınmasında az da olsa əl izim var. Ayağım vətənimə qurban olsun. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”,-deyə qazimiz bilirir.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »