Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa yoluxanların sayının artmasının səbəbləri - Həkimdən açıqlama
Koronavirusa yoluxanların sayının artmasının səbəbləri - Həkimdən açıqlama

Ölkədə koronavirusa (COVİD-19) yoluxanların və bu virusdan ölənlərin sayı artır. Peyvəndi tapılmayana kimi virusun can alacağı bildirilir.

Odur ki Nazirlər Kabineti yanında Operativ Qərargah əhalini gigiyena qaydalarına əməl etməyə, tibbi masakadan istifadə etməyə çağırır.

Bizimyol.info-ya açıqlama verən həkim Sevindik Şirinov bildirib ki vəziyyətin kritikləşməsinin qarşısını almaqdan ötrü mütləq şəkildə karantin rejimi sərtləşdirilməlidir.

“Xəstəxanalarda ağır xəstələrin yatışı üçün yer yoxdur. Təbii ki, xəstəliyə yoluxanların sayının bu həddə çatması hələ də insanların xəstəliyə biganə yanaşmasıdır.

Çoxları sərt karantin rejimini birmənalı olaraq pisləyir. Bəli xəstəliyə demek olar ki çoxusu yoluxacaq, amma sərt karantin rejimi insanların bir-birilə kontakta olmasını azaldacaq, bu da yoluxma vaxtını və sayını azaltmış edəcək. Unutmayaq, nə qədər yoluxma çoxalacaqsa, tibbi xidmətin keyfiyyəti o gedər azalacaq. Virusa yoluxmuş xəstələrin müalicəsində kompleks müalicə üsulu mütləqdir. Minimum bir xəstəyə 14 gün baxım lazımdır”,-deyə Sevindik Şirinov bildirib.

Həkim qeyd edib ki, koronavirusdan ölüm səbəbinin çoxalması xəstələrin vaxtında həkimə müraciət etməməsidir: “Gündə gördüyümüz ağırlaşmaların və ölümün səbəbi xəstənin vaxtına müalicəyə baslamaması ilə bağlıdır”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »