Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BirBank istifadəçiləri onlayn ödənişlər zamanı hədiyyələr qazanacaqlar
Kapital Bank

BirBank 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə milyonlarla istifadəçiləri üçün yeni fürsətlər təqdim edir. Belə ki, tətbiq vasitəsilə onlayn ödənişlər edən istifadəçilər müxtəlif hədiyyələr və kuponlar əldə edə biləcəklər.

Şərtlərə görə, BirBank vasitəsilə minimum 20 manatlıq hər kommunal, stasionar telefon, İnternet, TV və mobil ödənişlər edənlər pulsuz danışıq dəqiqələri, mobil İnternet meqabaytları, bonus “ürəklər”, endirimlər, hədiyyə kuponları, yemək menyuları və digər maraqlı hədiyyələr əldə edəcəklər. Aksiya barədə ətraflı məlumat və hədiyyələrin tam siyahısı ilə saytdan tanış olmaq olar – https://kapitalbank.az/news/birbankyeniil.

Qeyd edək ki, ödənişlər həyata keçən kimi, BirBank istifadəçisi hədiyyənin promo-şifrəsini dərhal BirBank vasitəsilə bildiriş formasında alacaq. Həmin kuponlar kampaniya bitdikdən sonra əlavə 1 ay müddətinə qüvvədə olacaq. Aksiya 5 yanvar 2021-ci il tarixinədək (5 yanvar daxil) davam edəcək.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

BirBank

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »