Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paris yaxınlığındakı məsciddə təhqiramiz hərəkət
Paris yaxınlığındakı məsciddə təhqiramiz hərəkət

Fransada naməlum şəxslər Parisin yaxınlığında yerləşən Breteni-syur-Orj (Eson departamenti) şəhərindəki məscidi təhqir ediblər.

Bu barədə “Agence France-Presse” şəhərin meriyasına istinadən məlumat yayıb.

Cinayətkarlar səhər tezdən avtomobillə əraziyə gələrək məscidin qapısını sındırıblar. İçəri daxil olan şəxslərin əlində yanğınsöndürmə qurğusu olub. Onlar məscidin içərisinə, xüsusən ibadət zalına odsöndürən məhlul töküblər.

Gecə növbəsindən qayıdan sakinlərdən biri onları gördükdə cinayətkarlar qaçaraq gizləniblər. Polis onların istifadə etdiyi avtomobili qonşu kommunada yandırılmış vəziyyətdə aşkarlayıb.

Faktla bağlı araşdırma başladılıb.

Agentlik Daxili İşlər Nazirliyinin məlumatına istinadn xatırladıb ki, Fransada 2019-cu ildə müsəlmanlara və onların dini mərkəzlərinə qarşı yönəldilmiş aksiyaların sayı 54 faiz artıb.

Son xəbərlər
Bütün xəbərlər »