Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Nikol Paşinyan

Ermənistan Qarabağ müharibəsini alovlandırmaqla özünü bəlaya salıb. Ölkə sözün bütün mənalarında sıradan çıxıb.

Bizimyol.info xəbər verir ki, Baş nazir Nikol Paşinyanın noyabrın son iki gündəki çıxışları ona qarşı qəzəbi bir az da artırıb. Əksəriyyət onu yalan danışmaqda ittiham edir. Ermənistan mətbuatına göz gəzdirərkən hiss olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışı da ermənilərə çox yer edib.

“Ermənistanın səsi” ölkənin vəziyyəti və baş nazirin qərarları ilə bağlı yazı dərc edib. Burada İlham Əliyevin çıxışına xüsusi yer ayrılıb. Nikol Paşinyanın keçmiş prezidentlərin tövsiyələrini qulaqardına vurulduğu yazılıb. Baş nazir özündənrazı insan kimi xarakterizə olunub: “Özünəvurğunluq Paşinyana atdığı addımın vacibliyini anlamağa imkan vermirdi. Araik Arutyunyanın məktubunun dərcini qadağan etmişdi. Ermənistanın və Dağlıq Qarabağın keçmiş liderlərinin açıq dəstəyini geri çevirirdi”.

Paşinyan ağır günlərdə müharibəni davam etdirməkdə ittiham olunur. Qəzet hesab edir ki, daha təcrübəlilərin məsləhətlərinə qulaq asmaq lazım idi: “Paşinyan deyir ki, Şuşanı əldən verməmək üçün vaxtında müharibəni dayandırmaq istəməyib. Şuşanı ona görə vermək istəmədi ki, 20 gün sonra şəhəri təhvil versin. İndi onminlərlə qaçqınımız, minlərlə həlak olan, yüzlərlə itkin düşən, əlil var. Dövlət idarəçiliyində dərin böhran hökm sürür. Ermənistan uçurumun kənarındadır”.

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
Son xəbərlər
Bütün xəbərlər »