Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəlal Arutyunyan Tonoyanı şantaj edirmiş
Nikol Paşinyan və David Tonayan

Separatçıların keçmiş "müdafiə naziri" Cəlal Arutyunyan ilə Ermənistanın sabiq müdafiə naziri David Tonoyan arasında baş vermiş qalmaqalın təfərrüatları məlum olub.

Cəlal Arutyunyan Azərbaycan Ordusunun dəqiq zərbələri ilə məhv edilməmişdən əvvəl onunla David Tonoyan arasında mübahisə düşüb.

Mübahisəyə səbəb İordaniyadan gətirilən hava hücumundan müdafiə sistemlərinin istifadə edilməməsi olub. Həmin qurğuların bir çoxu istfadəyə yararsız olduğundan tərəflər arasında mübahisələr qızışıb.

“Mübahisə zamanı Cəlal Arutyunyan müharibə bitdikdən sonra susmayacağını, cənub cəbhəsindəki havanın tamamilə müdafiəsiz hala gəldiyinə görə günahkar olan insanların adlarını verəcəyini deyib. Üstəlik, məlum partlayışdan bir gün əvvəl Cəlal Arutyunyan Araik Arutyunyanı (Qarabağ separatçılarının rəhbəri-red) təcili Şuşa ətrafında müdafiə istehkamlarının inşasına başlamağa çağırıb. Çünki qarşı tərəf bu istiqamətdə yeni qüvvələr toplayırmış və bu səbəbdən keçmiş nazir əlavə ehtiyat qüvvələri və top tədarükünə başlamağa ehtiyac olduğunu bildirib”, - deyə erməni KİV-ləri yazıb.

Cəlal Arutyunyanın yaxınları iddia edirlər ki, onun hərəkət istiqaməti ilə bağlı məlumat qəsdən sızdırılıb: “Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri "nazirin" yerini asanlıqla müəyyən edə bilib. Onu da əlavə etmək lazımdır ki, Rusiyanın “Telegram” kanallarının məlumatına görə, Ermənistanda hərbi vəziyyətin hələ də qalmasına baxmayaraq, dünən keçmiş müdafiə naziri David Tonoyan Vyanaya uçub. Bundan öncə “Mediaport” məlumat yaymışdı ki, Tonoyanın “patronu” Vyanada ona villa bağışlayıb...”

Xatırladaq ki, Cəlal Arutyunyan oktyabrın 27-də Azərbaycan Ordusu tərəfindən məhv edilib. Ermənistan tərəfi hələ də onun ölmədiyini iddia edir.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »