Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya koronavirus vaksininin tətbiqinə hazırlanır- Faydası olacaqmı?
Dünya koronavirus vaksininin tətbiqinə hazırlanır- Faydası olacaqmı?

Dekabrın 11-dən etibarən Türkiyədə koronavirus əleyhinə vaksinlərin tətbiqinə başlanılacaq. Türkiyə 50 milyon doza vaksin alıb. Əsasən Çin bazarından alınmış bu vaksinlərin nə dərəcədə təsirli olacağı hamımızı maraqlandırır. Hər kəs bir il dünyanı qapalı divarlar arxasında saxlamış bu bəlanın rədd olub getməsini arzulayır çünki.

Bizimyol.info-ya açıqlama verən Türkiyəli infeksionist doktor, professor Məhmət Ceyhan bildirib ki, hazırda bir çox ölkələrin istehsal etdikləri vaksinlər üzərində iş gedir.

“Amerika və Rusiya iddia edir ki, onların istehsalı olan vaksinlər 90 faiz, Çin istehsalı olan vaksinlər isə 70 faiz qoruyucu təsirə malikdir. Bunu anlamaq üçün zaman lazımdır Sadəcə zaman. Mən vaksin vurduracam. Bu sualı çoxları verir. Bəli mən vaksin vurduracam. Ölkə daxilində ilk növbədə 18 yaş üstü insanlara vaksin vurulacaq”, deyə professor qeyd edir. Bəs koronavirus xəstələrinin evdə müalicə olunması zamanı nələrə diqqət edilməlidir?

Bu suala cavab verən infeksionist deyir ki, xəstəni ayrıca otaqda yatızdırmaq, onunla təmas edərkən maska taxmaq lazımdır. Otağın havasını tez- tez dəyişmək, 2 metr məsafəni qorumaq mütləqdir.

“Elm aləmi koronavirusu hələ tam kəşf etmiş sayılmaz. Bu virusun yoluxuculuq qabiliyyəti yoluxmuş insandan insana görə dəyişir. Elə insanlar var ki, onlar başqalarına virusu yoluxdurmurlar , ya da çox az yoluxdururlar.Elələri də var ki, biz onlara superyoluxdurucular deyirik, yəni özləri heç bir simptom göstərmədən bir toplum içərisinə çıxsalar ,yüzdən artıq adamı eyni anda yoluxdura bilərlər. Bu hansı qanunlarla işləyir, bunu hələ bilmirik, öyrənməmişik.

Təkrar yoluxma faktları da insanları narahat edir, hətta deyirlər ki, təkrar yoluxma varsa vaksinin faydası olacaqmı?Qeyd etməliyəm ki, təkrar yoluxmaya nadirən rast gəlinir, mində bir faiz deyə bilərik. Xəstəliyə yoluxan şəxslər təxminən 3 ay sonra yenidən yoluxa bilərlər. Odur ki, hər kəsin maskalardan istifadə etməsi mütləqdir”.

Azərbaycanlı doktor, farmokoloq Müşfiq Hüseynovla da vaksin barədə danışdır.

“Vaksinin təsiri mütləq olacaq. Amma düşünürəm ki, bir il. Bilirsiniz, əgər bu adi virusdursa və vaskinasiya ilə bitəcəksə, o zaman digər qrip vaksinləri kimi ildə bir dəfə vurdurmaq olar.Yox, əgər vaksin adı altında dünya üzrə hansısa xüsusi əməliyyatın tərkib hissəsidirsə, o zaman vaksin 1 dəfə olacaq və yetərli olacaq. Çünki 3-4 ildən bir virusun yeni növü yaranır. Mütləq ki, yenə yaranacaq.Təbiətin qanunu budur. Canlılar mutasiyaya uğrayır. O zaman sual yaranır- 1 dəfəlik vaksin məni ömürlük mecə qoruyacaq?Axı bu suçiçəyi deyil, qızılca deyil.Deməli qrip peyvəndi kimi hər il vurmaq lazım gələcək ya da ümumiyyətlə vurmağın mənası yoxdur.Çünki virus digər viruslar kimi öz həyatını yaşayıb məhv olacaq.Siyasi bir oyundursa o zaman otellərə, xarici səfərlərə, təyyarələrə qrip peyvəndi olmadan buraxmayacaqlar”,- deyə doktor qeyd edir.

Və bunun ilk xəbərdarlıqğını dünən eşitdik. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası artıq rəqəmsal vaksin pasportu olmayan sərnişinlərin uçuşuna razılıq verilməməsini müzakirə edir. Koreya və Yeni Zelandiya bu layihəni bəyəndiklərini elan ediblə.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »