Ağdaş rayon sakinindən odlu silah götürülüb.
Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Ağdaş rayonunun Kükəl kənd sakini E.Cəbrayılov “İJ-16” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.