Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərzaq dükanında koronavirus xəstəsi və karantin qaydalarını pozan kafelər aşkar edilib
Ərzaq dükanında koronavirus xəstəsi və karantin qaydalarını pozan kafelər aşkar edilib

Cəlilabadda sərtləşdirilmiş karantin rejiminə zidd olaraq fəaliyyət göstərən iki kafe aşkar edilib. Bundan əlavə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər müvafiq tədbirlərlə yaşayış yerini tərk edən koronavirus xəstəsi ərzaq dükanında aşkar olunub.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində yerləşən “Tərlan” və “Palma” kafelərinin sərtləşdirilmiş karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Obyektlərə baxış zamanı həmin kafeləri icarə əsasında işlədənlər və orada olan müştərilər olmaqla ümumilikdə 14 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbirlər görülüb.

Bundan əlavə polis əməkdaşları tərəfindən Cəlilabad şəhər sakini olan və COVID-19 infeksiyası testinin nəticəsi pozitiv çıxmış Elşən Əliyevin yaşayış yerini tərk etdiyi müəyyən edilib. Həmin şəxs polis əməkdaşları tərəfindən ərzaq mağazasında aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır

Son xəbərlər
Bütün xəbərlər »