Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub

Bir neçə gün öncə Lənkəran şəhərində müharibə möcüsəsi baş verib. Şəhid olduğu bildirilən əsgərin sağ olması xəbəri ailəsini sevindirib.

Belə ki, Qarabağ müahribəsində Şəhid kimi cənazəsi gələn və dəfn olunan Vəliəhd Şakir oğlu Vəliyevin sağ olduğu məlum olub.

“Vəliəhdin oktyabrın 30-da dəfn mərasimi keçirilib. Ailəsi onun 40 mərasiminə hazırlaşırdı. İndi məlum olur ki, o döyüşdə ağır yaralanıb və huşunu itirərək əsir düşüb. Qırmızı Xaçın komissyası ilə görüşdə bu barədə məlum olub. Hazırda bu məlumatın detalları araşdırılır”,- deyə jurnalist Xaqani Səfəroğlu yazıb.

Hazırda Vəliəhd olaraq dəfn edilmiş şəhidin kimliyi araşdırılır.

Son xəbərlər
Bütün xəbərlər »