Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evdə koronavirusdan müalicə alanların şikayətinə Səhiyyə Nazirliyi cavab vermir
Səhiyyə Nazirliyi

Koronavirusa (COVİD-19) yoluxmuş şəxslərin müalicə prosesi ilə bağlı şikayətlər artır. Belə ki, evdə müalicə olunan xəstələrin müvafiq dərmanlarla təmin edilmədiyi, poliklinika həkimlərinin xəstələrlə maraqlanmadığı iddia olunur.

İqtisadçı-ekspert Ruslan Atakişiyev sosial şəbəkədə yazıb ki, 5 gündür yaxını xəstəlikdən əziyyət çəkir, amma hər hansı bir tibbi yardım göstərilmir. “Ehtiyac artıb deyə 12 manatlıq dərmanı apteklər 64 manata gətizdirirlər. İndi əlac qalıb özəldə 130 KT, 50 AZN qan, 55 azn yaxma + 500 AZN dərman almağa. İndi həmin şəxs koronovirusdan ölməsin neynəsin. Azərbaycanda firma qalmadı, ümumilikdə 120 milyon manat Koronovirus Fonduna pul köçürüldü. Bəs onda bu yardımdan hansı xəstələr bəhrələnir?”

Bu məsələ ilə bağlı Bizimyol.info Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) və Səhiyyə Nazirliyinə informasiya sorğusu göndərib.

TƏBİB-dən bildirilib ki evdə müalicə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Səhiyyə Nazirliyindən isə açıqlama verilməyib.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən tanınmış həkim-farmakoloq Müşfiq Hüseynov bildirib ki, dövlət tərəfindən ayrılan yardım paketinin nələrin daxil olduğundan xəbərsizdir.

“Obyektivliyi gözləsək, qeyd etməliyəm ki, problemdə tək dövlət müəssələrini, poliklinikaları və ya həkimləri günahlamdırmaq düzgün deyil. Dövlət tərəfindən ayrılan yardım paketinin nə olduğunu dəqiq bilmirəm. Sosial şəbəkələrdə yazıldığına görə, tibbi paketə sink, selen, vitamin C daxildir. Əgər belədirsə, bu müalicədən çox profilaktikadır. Virusu yüngül keçirdən xəstələr bu yolla öz immunitetlərini bərpa edə bilərlər. Vit C, Sink və selen orqanizm üçün çox vacib mikroelementlərdir. Hər ikisi sərbəst radikalların hücümü nəticəsində zədələnmiş hüceyrələrin bərpasında yaxından iştirak edir. COVİD-19 və ümumiyətlə, bu tip bütün viruslar isə ən güclü sərbəst radikallar hesab olunur.

Amma xəstəliyi orta ağır keçirdən xəstələr, məsələn, qızdırması düşməyən, dadbilməsi itən, öskürən, boğazı ağrayan xəstələrdə bu paketin heç bir rolu yoxdur. Onlar mütləq kompleks müalicəsi almalı, infuz inyeksiyaları almalı, güclü qaraciyər bərpaedici və virusəleyhinə dərmanlar qəbul etməlidirlər. Bu növ dərmanların dövlət təchizatında olmasını sanmıram. Olsa da, ancaq modul tipli COVİD-19 xəstəxanalarında olacaq. Ev müalicəsi üçün bunlar nəzərədə tutulmur. Əslində, dövlət bu dərman yardım paketi xəstələrə yox, xüsusi risk qrupuna daxil olan (həkimlər, əczaçılar, polislər, sürücülər, market çalışanları və s) verilsə daha məqsədə uyğun olardı.

Digər tərəfdən, 6 aydır pandemiya şəraitində yaşayırıq. 6 aydır gecə-gündüz bu haqda danışılır, yazılır, göstərilir. Amma əhali arasında məsələyə yenə laqeyd münasibət var. Keçən həftəyə kimi küçələrdə heç kim maska taxmırdı. Dəfələrlər deyildi ki, sosial məsafəni gözləyin, yığıncaqlar, hüzr məclisləri, ad günləri keçirtməyin. Amma hamımız bilirik ki, gizlində hər şey edirlər. Yəni, özümüzdən tələb olunanı edib, sonra hökümətdən nəsə tələb etmək lazımdır. Yoxsa nəticə belə olur. Kütləvi yoluxma yükünü nə dərman, nə xəstəxana, nə də həkim qaldıra bilməz. Hətta inkişaf etmiş Avropa ölkələrində belə, məsələn Çexiya səhiyyəsi çökmə nöqtəsinə gəldi.

Bizə düşən, özümüzü qorumaqla bu yüklənməni aradan qaldırmaqdır. Yoxsa daha pis nəticələr olacaq.

İstənilən halda, ölkəyə ilk peyvəndlər gələnə kimi səbrli olmaq lazımdır. Hər kəs bilməlidir ki, ən tezi aprel-may aylarına qədər pandemiya şəraitində yaşayacağıq. Hətta təxmin edirəm ki, fevral-mart aylarında, virusun sonuncu 3-cü dalğası da gələcək. O zamana kimi, 3 qızıl qaydaya əmək etmək lazımdır. Maska, sosial məsafə və gigiyena. Qorunmağın başqa yolu yoxdur”,-deyə həkim M.Hüseynov bildirib.

Ramid İbrahimov

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »