Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yataqxanada koronavirusa kütləvi yoluxma müşahidə olunur
Yataqxanada koronavirusa kütləvi yoluxma müşahidə olunur

“Koronavirus birgə yaşayış yerlərində daha çox yayılır”.

Bizimyol.info xəbər verir ki, bu sözləri iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə övladı vətən müharibəsində şəhid olan ailənin də məskunlaşdığı yataqxana pandemiya dövründə bir dəfə də olsun, dezinfeksiya olunmayıb.

“Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi 7-ci binada yerləşən yataqxanada 12-i uşaq olmaqla 51 nəfər məskunlaşıb. Onların arasında 18 yaşlı övladı Şuşada şəhid olan kasıb ailə də vardır.

Yataqxana

Yataqxana sakinlərinin əksəriyyəti məcburi köçkünlərdir, 60 manat çörək pulu ilə birtəhər dolanırlar. Yaşayış yerlərində hamam, mətbəx və digər sanitar sahələr birgə istifadədir. Odur ki, yataqxanada korona virusun yayılmasının qarşısını almaq çox çətindir. Bəlkə də artıq gecdir. Belə ki, son günlər bu yataqxanada kütləvi yoluxma müşahidə olunsa da sakinlərin imkanları olmadığına görə test də verə bilmirlər.

Bu yataqxana pandemiya dövründə bir dəfə də olsun, dezinfeksiya olunmayıb. Sakinlərin mənə göndərdikləri fotoları təqdim edir və əlaqədar dövlət orqanlarından, Sumqayıt şəhər icra hakimiyyətindən, sanitar epidemoloji idarədən, ərazi tibb polikilinkasından xahiş edirəm ki, ora baş çəkib, şəhid anasının, əsgər analarının həyatlarını qorumaq üçün tədbir görsünlər. Əks təqdirdə yataqxana bütünlüklə infeksiya mənbəyinə çevrilib, başqalarının həyatları üçün də potensial təhlükə mənbəyinə çevriləcək”,-deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »