Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Franslı deputatlar Ermənistana və Dağlıq Qarabağa səfər edəcəklər
Franslı deputatlar Ermənistana və Dağlıq Qarabağa səfər edəcəklər

Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlər ilə bağlı rəsmi mövqeyi bəllidir və bu mövqe dəyişilməz olaraq qalır.

Bizimyol.info xəbər verir ki, bunu  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyi, eləcə də burada görüşlər keçirərək, mövcud olan humanitar vəziyyəti yerindəcə qiymətləndirməyi planlaşdırdıqları barədə erməni KİV-lərində yayılan məlumatı şərh edərkən deyib.

L.Abdullayeva bildirib ki, Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan Hökuməti ilə razılaşdırılmalıdır:

"Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır".

Son xəbərlər
Bütün xəbərlər »