Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadçı: İqtisadi imkanlar qazilərə daha yüksək ödənişlər etməyə imkan vermir
İqtisadçı:  İqtisadi imkanlar qazilərə  daha yüksək ödənişlər etməyə imkan vermir

“Qarabağ müharibəsində əlil və şəhid olan hərbi qulluqçulara və onların ailələrinə veriləcək müavinətlərin məbləği, hazırda əsas müzakirə mövzularındandır. Şübhəsiz ki, dövlət öz vətəndaşlarının, xüsusilə də müharibə iştirakçılarının və onların ailələrinin ləyaqətli şəkildə yaşamasını təmin etməlidir. Amma hökumətdəki iri məmurları müavinətlərin azlığına görə vətən xainliyində və ya erməni olmaqda ittiham etmək, sırf iqtisadi baxımdan qeyri-ciddi səslənir. Sadəcə olaraq, Azərbaycanın iqtisadi imkanları, daha yüksək ödənişlər etməyə imkan vermir”.

Bu fikirləri adətən dövlətin iqtisadi addımlarını tənqid edən iqtisadçı Qaşqay İsmayıl səsləndirib.O fikirini belə əsaslanıdırb.

Qaşqay İsmayıl Qaşqay İsmayıl

“Bloomberg agentliyinin analitiklərinin fikrincə, dünya miqyasında neftin 2019-cu ildəki hasilatının təkrarlanacağı ehtimalı çox aşağıdır. Bəşəriyyət neft erasınından növbəti texnoloji fazaya qədəm qoyur, ABŞ-da demokratların hakimiyyətə gəlməsindən sonra karbon dioksid tullantılarına qarşı daha sərt mübarizənin başlanacağı da hamıya aydındır. Bütün bunların fonunda, Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsi günbəgün çətinləşir. Dünya qlobal dəyişikliklər dövrünə keçir, indiyə qədər ərzaq idxalçısı olan Rusiya yeni texnologiyaların tətbiqi və iqlim dəyişiklikləri səbəbindən, ərzaq ixracatçısına çevrilmək ərəfəsindədir. Yüksək texnologiyalı kənd təsərrüfatı və sənaye istehsalına malik ölkələr qarşısında Azərbaycanın “pomidor diversifikasiyası” gülünc görsənir. Televiziyalardan səslənən pafos dolu optimist iqtisadi proqnozların arxasında heç nə dayanmır

Sadalanan labüd həqiqətlərin üzə çıxmasına mane olan yeganə faktor, Neft Fondunun əriməkdə olan ehtiyatlarıdır, həm də bu ehtiyatların likvid və əlçatan hissəsinin tükənməkdə olduğunu da məntiqlə söyləmək mümkündür”,- deyə o bildirib.

Son xəbərlər
Bütün xəbərlər »