Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb
Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirir.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalar nəticəsində rayonun Dağkəsəmən kənd sakinləri Məmməd Heydərov və onun həyat yoldaşı Gülnarə Heydərova koronavirus testlərinin nəticələrinin pozitiv çıxmasını bilə-bilə, özünütəcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə az təmasda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli olduqları halda yaşadıqları evi tərk etmələri aşkarlanıb.

Həmin şəxslər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə evə göndərilib, barələrində RPŞ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »