Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Əfqanıstanda qalmasına dair qərarı 2021-ci ilin əvvəlində verəcək
ABŞ ordusu

NATO Əfqanıstandakı "Rəşadətli Dəstək" missiyasının gələcəyinə dair qərar ittifaqın müdafiə nazirləri toplantısında 2021-ci ilin fevral ayında qəbul edəcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin xarici işlər nazirlərinin video konfransından sonra keçirilən mətbuat toplantısında deyib.

"Əfqanıstanla bağlı [NATO-nun missiyasının gələcəyi>, 2021-ci ilin fevralında Brüsseldə keçiriləcək müdafiə nazirlərinin növbəti iclasında çətin qərar verməliyik. Ancaq nə olursa olsun verdiyimiz qərar koordinasiyalı və nizamlı bir şəkildə həyata keçirilməlidir", - Stoltenberq bildirib.

Xatırladaq ki, daha əvvəl Baş katib ABŞ-ın Əfqanıstandakı "Taliban" hərəkatı ilə müqaviləsinə uyğun olaraq hərbçilərinin sayını azaltmağa qərar verib, buna baxmayaraq alyansın "Rəşadətli Dəstək" təlim missiyası əvvəlki konfiqurasiyada davam etdiriləcək və Vaşinqton bu missiyanı dəstəkləmək üçün tibbi, avianəqliyyat, kəşfiyyat və digər imkanlarını özündə saxlayacaq.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların vəziyyəti necədir...
Son xəbərlər
Bütün xəbərlər »