Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Yens Stoltenberq

"Əsas mesajımız ondan ibarətdir ki, münaqişənin həlli üçün siyasi prosesə ehtiyac var".

APA-nın xəbərinə görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bu gün baş tutan NATO ölkələrinin XİN başçılarının virtual konfransından sonra keçirilən mətbuat konfransında Dağlıq Qarabağla bağlı verilən suala cavabında deyib.

"Biz döyüşün və şiddətin qarşısını almalıyıq. Əlbəttə ki, biz Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq. Bu, bizim əsas mesajımızdır. Azərbaycan və Ermənistan, hər iki ölkə NATO-nun partnyorlarıdır, lakin bildiyiniz kimi, NATO bu münaqişənin bir hissəsi, tərəfi deyil”, - Yens Stoltenberq əlavə edib.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »