Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident medallarla bağlı qanunu təsdiqlədi
İlham Əliyev

Prezident İlham Əliyev "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Bizimyol.info xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilib.

Dəyişikliyə görə, 1.1-ci maddəyə “Azərbaycan Respublikasının ən yüksək təltifi – “Heydər Əliyev” ordeni;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilib:

“Zəfər” ordeni;

“Qarabağ” ordeni;”;

1.2. 2-ci maddəyə “Qızıl Ulduz” medalı;” hissəsindən əvvəl “Vətən Müharibəsi Qəhrəmanı” medalı;” hissəsi və “İgidliyə görə” medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:

“Cəsur döyüşçü” medalı;

“Döyüşdə fərqlənməyə görə” medalı;

“Suqovuşanın azad olunmasına görə” medalı;

“Cəbrayılın azad olunmasına görə” medalı;

“Xocavəndin azad olunmasına görə” medalı;

“Füzulinin azad olunmasına görə” medalı;

“Zəngilanın azad olunmasına görə” medalı;

“Qubadlının azad olunmasına görə” medalı;

“Şuşanın azad olunmasına görə” medalı;

“Kəlbəcərin azad olunmasına görə” medalı;

“Ağdamın azad olunmasına görə” medalı;

“Laçının azad olunmasına görə” medalı;

“Vətən müharibəsi iştirakçısı” medalı;

“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı.

Sənədlə həm də adları sadalanan medallar haqqında əsaslanmələr və medalların təsviri də təsdiqlənib.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »